Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili aprelin
26-27-də Azərbaycana rəsmi səfər edəcək.

Trend bu barədə
Gürcüstan XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, səfər çərçivəsində Gürcüstanla Azərbaycan
arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq.

İki gün davam edəcək səfər zamanı gürcüstanlı nazir bir sıra
rəsmi şəxslərlə, o cümlədən xarici işlər naziri Ceyhun Bayramov,
Milli Məclisin sədri Sahibə Qafarova və baş nazir Əli Əsədovla
görüşlər keçirəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: