Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti gələn həftə Azərbaycana səfərə gələcək.
AzerTimes xəbər verir ki, səfər çərçivəsində G.Amilaxvari azərbaycanlı həmkarı Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək, Azərbaycanın elm və akademik dairələrində olacaq.
Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.