Gürcüstanın taleyi öz əlindədir – Hartzel

Gürcüstanın taleyi öz əlindədir – Hartzel

Avropa Komissiyası Gürcüstanın Avropa Birliyinə gələcəkdə üzv olması üçün qapının açıq olduğu ölkə kimi tanınmasını tövsiyə edib.

AzerTimes xəbər verir ki, bu sözləri Avropa Birliyinin Gürcüstandakı səfiri Karl Hartzel Avropa Komissiyasının Gürcüstanla bağlı açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası Gürcüstana Avropa perspektivi verilməsini məsləhət edib:

“Bu qiymətləndirmənin nəticəsi olaraq, hazırda Avropa Komissiyası Gürcüstana Avropa perspektivi verilməsini, namizədlik statusunu isə bir sıra prioritet tədbirlər uğurla həyata keçirildikdən sonra verilməsini məsləhət edib. İcazə verin, bu mesajın əhəmiyyətini vurğulayım: Komissiya tövsiyə edir ki, Gürcüstan Avropa Birliyinə gələcəkdə üzv olması üçün qapının açıq olduğu ölkə kimi tanınsın”.

Avropa Birliyinin Gürcüstandakı səfiri qeyd edib ki, ölkənin taleyi öz əlindədir.

Teqlər: