Tbilisi şəhər məhkəməsi sabiq müdafiə naziri David Kezeraşvili
və dövlət satınalmaları departamentinin sabiq rəisi Aleksandr
Ninuanı 5 milyon avrodan çox məbləğdə cərimələyib.
Trend-in
məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat
xidməti bildirib.
Məhkəmənin hökmünə əsasən, sabiq nazir 2008-ci ildə Gürcüstanda
hərbi təlimlər keçirilməsi üçün xarici şirkətlərin birinə 5 milyon
avrodan çox vəsait köçürüb, amma nəzərdə tutulan təlimlər
keçirilməyib.
2021-ci ilin sentyabrında Gürcüstan ali məhkəməsi
D.Kezeraşvilini qiyabi olaraq beş il müddətinə azadlıqdan məhrum
etmişdi.
Daha sonra Müdafiə Nazirliyi maddi təzminatın ödənilməsi tələbi
ilə məhkəməyə müraciət etmişdi.
Qeyd edək ki, David Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın
müdafiə naziri olub.