Gürcüstanın Rusiyaya qarşı sanksiyalar siyasətini ardıcıl dəstəkləməsi vacibdir.
AzerTimes xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda deyib.
Nauseda qeyd edib ki, Gürcüstanın AB-yə namizəd ölkə statusu alması üçün islahatların aparılmasında və AB-nin tövsiyələrinin yerinə yetirilməsində, xüsusən cəmiyyətin siyasi depolarizasiyası, məhkəmə islahatları, deoliqarxizasiya, KİV azadlığı kimi məsələlərdə irəliləyiş nümayiş etdirmək lazımdır.