2022-cü ildə Ukraynaya qarşı müharibənin başlanmasından sonra rusların Gürcüstana kütləvi miqrasiyası Rusiyanın Gürcüstana qarşı hibrid müharibəsi ilə uzlaşır.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Rusların kütləvi miqrasiyası Gürcüstan iqtisadiyyatına birbaşa təsir edib və Gürcüstanın Rusiya kapitalından və Rusiya bazarlarından asılılığını artırıb”, – deyə dövlət başçısı bildirib.