Gürcüstanın prezidenti Mixeil Saakaşvilinin əfv məsələsi barəsində açıqlama verib

Gürcüstan prezidenti Salome Zurabişvili keçmiş prezident Mixeil Saakaşvilini heç vaxt əfv etməyəcəyinə söz verib.

Trend xəbər verir ki, Zurabişvili eks-prezidentin nə siyasi məhbus, nə də qurban olduğunu bildirib: “O, iğtişaş törətmək üçün qəsdən ölkəyə qanunsuz daxil olub. Mən onu heç vaxt əfv etməyəcəm”.

Salome Zurabişvili əlavə edib ki, yüksək ictimai və siyasi marağa görə, səhhəti ilə bağlı siyasi spekulyasiyalardan qaçmaq üçün ona “xüsusi məhbus” kimi yanaşmaq lazımdır.

Teqlər: