Gürcüstanın hakim partiyası səfərbər olur

Gürcüstanın hakim partiyası səfərbər olur

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qarşıdan gələn parlament seçkisində inamlı qələbə üçün mümkün qədər qüvvələrini səfərbər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə partiya sədri İrakli Qaribaşvili deyib.

“Əsas vəzifəmiz qüvvələrimizi səfərbər etmək olacaq. Oktyabrın 26-da ölkə qələbə çalmalı, güclü, tarixi qələbəni qeyd etməlidir. Biz konstitusiya çoxluğu əldə etməliyik”, – o bildirib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-na təyin edilib.

Teqlər: