Gürcüstanın hakim partiyası baş nazir vəzifəsinə namizədini irəli sürüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Gürcüstanda hakim “Gürcüs arzusu – Demokratik Gürcüstan partiyası” baş nazir vəzifəsinə hazırkı müdafiə naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb.

AzerTimes-ın məlumatına görə, bunu partiyanın sədri İrakli Kobaxidze deyib.

O bildirib ki, yeni baş nazirin təyinatı ilə bağlı səsvermənin sabah keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, İ.Qaribaşvili 2013-2015-ci illərdə Gürcüstanın baş naziri olub.

Bu gün səhər saatlarında Georgi Qaxariya vəzifəsindən istefa vermişdi.