Gürcüstanın Fransadakı səfiri Tea Katukiya istefa verib.
AzerTimes xəbər verir ki, bu barədə səfir özü Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib.
XİN-dən qeyd olunub ki, yaxın vaxtlarda Fransaya yeni səfirin namizədliyinin irəli sürülməsi üçün proses aparılır.
Səfirin hansı səbəbdən istefa verdiyi barədə məlumat verilməyib.