Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının hökumətindəki “Əbədi nazir” kimi tanınan Tea Tsulukiani mədəniyyət və idman naziri vəzifəsindən istefa verib.
AzerTimes xəbər verir ki, bu barədə T.Tsulukiani özü məlumat verib.
“Sabah mənim nazir postunda son iş günümdür. Bundan sonra mən parlamentdə fəaliyyət göstərəcəm”, – Tsulukiani deyib.
T.Tsulukiani hakim partiyanın seçki siyahısında ilk onluqdadır.
Qeyd edək ki, Tea Tsulukiani Gürcü Arzusu hökumətinin ən təcrübəli naziri hesab olunur. O, 2012-ci ildə Baş nazir Bidzina İvanişvilinin kabinetində ədliyyə naziri olub. Sonra o, daha beş hökumət başçısının – İ.Qaribaşvili, G.Kvirikaşvili, M.Baxtadze, Q.Qaxariya və İ.Kobaxidzenin kabinetində nazir vəzifəsini daşıyıb.