Gürcüstanın dəmir yollarında qatarların hərəkəti dayandı

Gürcüstanın dəmir yollarında qatarların hərəkəti dayandı

İyulun 1-də Tiflisdən Batumiyə, eləcə də ölkənin 4 regionuna və əks istiqamətə gedən qatarların hərəkəti dayanıb.

AzerTimes xəbər verir ki, buna güclü leysan yağışları nəticəsində baş vermiş torpaq sürüşmələri səbəb olub.

“Gürcüstan Dəmir Yolları” İdarəsindən bildirilib ki, Batumidən İrəvana gedən qatarın da hərəkəti dayanıb. Əsas problem Marelisi və Xaraquli dəmir yolu stansiyaları ərazilərində qeydə alınıb. Güclü leysan yağışları dəmir yolu boyunca elektrik xətlərini də sıradan çıxarıb.

Dəmir yolunda hərəkətin nə zaman bərpa olunacağı məlum deyil.

Hazırda qatarlardakı sərnişinlərin avtobus və digər nəqliyyat vasitələri ilə mənzil başına çatdırılması istiqamətində iş aparılır.

Teqlər: