Güclü külək və leysan yağışları Gürcüstanın Kaxeti bölgəsində də ciddi problemlər yaradıb.
AzerTimes xəbər verir ki, külək Qurcaani rayonunda 5 yaşayış binasının, 70-dən çox fərdi evin, eyni zamanda, Vercini, Kolaqi, Bakurçixi, Kardenaxi kəndlərində evlərin dam örtüyünü uçurub.
Küləyin kökündən qopardığı ağaclar elektrik enerjisi və təbii qaz kəmərlərini sıradan çıxarıb.
Hakimiyyət orqanları təbii fəlakət nəticəsindən evləri yararsız vəziyyətə düşmüş insanların müvəqqəti yaşayış məntəqələrində yerləşdiriləcəyini bildirib.
Hazırda bölgədə bərpa və yenidənqurma işləri görülür.