Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri sentyabrın 29-da başa çatıb.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Teqlər: