Gürcüstanın baş naziri azərbaycanlı vətəndaşları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

AzerTimes-ın “1TV”yə istinadən verdiyi məlumata görə, Baş nazir Novruz bayramının yeni ilin, yeni həyatın başlanğıcının simvolu olduğun bildirib:

“Azərbaycanlı vətəndaşlarımızı Novruz bayramı – yeni ilin, yeni həyatın başlanğıcının simvolu olan baharın bu gözəl bayramı münasibətilə təbrik edirəm. Hər kəsə sülh, xoşbəxtlik, tərəqqi və firavanlıq arzulayıram”.

Teqlər: