Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasını çox məhsuldar adlandırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
İ.Qaribaşvili bildirib: “Gürcüstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın səkkizinci iclası çox məhsuldar keçdi. Bu tədbirin qlobal pandemiya dövründə keçirilməsi bizim iqtisadi inkişaf və dayanıqlı artımla bağlı ortaq baxışımızın olmasının daha bir aydın sübutudur”.