Gürcüstanın azərbaycanlı boksçusu çempion oldu

Gürcüstanın azərbaycanlı boksçusu çempion oldu

Gürcüstanın əslən azərbaycanlı olan qadın boksçusu Rahibə İsmayılova Yunanıstanda boks üzrə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, 48 kq çəki dərəcəsində R.İsmayılova finalda yunan rəqibi Atina Avramidaya qalib gələrək çempion olub.

Ümumilikdə isə Gürcüstanın qadınlardan ibarət komandası beynəlxalq turnirdə 3 medala sahib olub (75 kq çəki dərəcəsində Tatia Bukia gümüş, 60 kq çəkidə Lana Bolkvadze isə bürünc medal əldə edib).

Teqlər: