Gürcüstandan “Starlink”ə “yaşıl işıq”: Qlobal internet…

Gürcüstandan “Starlink”ə “yaşıl işıq”: Qlobal internet…

Gürcüstanın Kommunikasiyalar üzrə Komissiyası “Starlink” şirkətinə qlobal peyk internetinin ölkədə işə salınması üçün icazə verib.

AzerTimes-ın məlumatına görə, bu barədə komissiyanın mətbuat xidməti bildirib.

Qeyd olunur ki, İlon Maskın təsis etdiyi “SpeysX” şirkətinə məxsus “Starlink” ölkə ərazisində fəaliyyətə icazə almaq üçün iyulun 8-də müraciət etmişdi. Yaxın zamanlarda qlobal sistemin Gürcüstantda fəaliyyətə başlayacağı gözlənilir.

Qeyd edək ki, hazırda “Starlink” 32 ölkədə yüksəksürətli internetə çıxışı təmin edir, Yerin orbitində 2 500-dən çox “Starlink” peyki fəaliyyət göstərir.

Teqlər: