Gürcüstandan Rusiyaya gedən daha bir yol bağlandı

Gürcüstandan Rusiyaya gedən daha bir yol bağlandı

Güclü qar yağması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən avtomobil yolunun ikinci hissəsi də bağlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Departamentin məlumatına görə, bu andan etibarən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Mleta-Qudauri məntəqəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Qeyd edək ki, bundan öncə Qudauri-Kobi məntəqəsi bağlanmışdı.

Teqlər: