Gürcüstandan Medvedyevin paylaşımına cavab

Gürcüstandan Medvedyevin paylaşımına cavab

Gürcüstanın 5 min illik mövcudluq tarixi var və bunu heç kim dəyişə bilməz.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın hakim partiyasının aparıcı üzvlərindən olan Arçil Talakvadze Dimitri Medvedyevin sosial media hesabı vasitəsilə paylaşılan statusuna cavab olaraq bildirib.

“Təhlükələr və çətinliklərlə dolu bir vaxtda, çətin bir regionda yerləşirik. Bütün istiqamətlərdən Gürcüstanın sabitliyinə konkret təhlükələr meydana çıxır. Rusiya Gürcüstan ərazisinin qanunsuz işğalını davam etdirir. Biz isə ərazi bütövlüyümüzü qorumaq və uzunmüddətli sabitlik üçün beynəlxalq prinsiplərə sadiq şəkildə mübarizəmizi davam etdiririk. Bu bizim hakimiyyətimizin bir nömrəli tapşırığıdır”, – deyə Talakvadze deyib.

Qeyd edək ki, Rusiyanın sabiq prezidenti, bu ölkənin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin “VKontakte” sosial şəbəkəsində etdiyi paylaşımda Gürcüstana qarşı sərt mövqe sərgilənib. Dimitri Medveydevin sosial şəbəkəsində onun adı ilə dərc olunan yazıda Gürcüstan Rusiyanın tarixi hissəsi kimi qələmə verilib. Daha sonra isə paylaşım silinib.

Teqlər: