Gürcüstan Prezidenti Salome Zurabişvili Kiyevin və Ukraynanın digər şəhərlərinin bombalanmasını qorxunc hadisə adlandırıb.
AzerTimes xəbər verir ki, bu barədə Zurabişvili Tvitter hesabında qeyd edib.
“Dinc əhaliyə qarşı fərq qoymadan hücumun məqsədi onları məhv etmək və qorxu yaratmaqdır, lakin dünya Ukrayna millətinin gücünü gördü; Bütün Gürcüstan Ukraynanın yanındadır”, – Prezident qeyd edib.
Qeyd edək ki, Rusiya qüvvələri bu gün səhər saatlarında Ukrayna şəhərlərinə kütləvi hücuma başlayıb.