Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən daha 250 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçiriləcək.
Yenicag.az xəbər verir ki, təxliyə yanvarın 15-nə təyin olunub.
Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, təxliyə olunacaq şəxslər sabah koronavirus testindən keçiriləcəklər və nəticələr yanvarın 14-də açıqlanacaq.
COVID-19 aşkarlanmayanlara Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında səfirlik nümayəndəsi tərəfindən xüsusi arayışlar veriləcək və onlar Vətənə dönə biləcəklər.
Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının Azərbaycana qayıtması təmin edilib.
www.yenicag.az