Gürcüstanın Dmanisi bələdiyyəsində gürcülərlə azərbaycanlılar arasında baş verən kütləvi dava barışıqla başa çatıb.
Trend Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, mayın 16-da Dmanisi mağazasında başlayan dava gürcülər və azərbaycanlılar arasında fiziki qarşıdurmaya çevrilib.
Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən açıqlamaya görə, Dmanisidəki azərbaycanlılara məxsus “Omar” bazarına kütləvi basqın etnik qarşıdurma kimi xarakterizə edilməməlidir.
Açıqlamada deyilir: “Baş verən hadisə yalnız hüquqi qurumda qiymətləndirilməli və təqsirləndirilən şəxslər Gürcüstan qanunvericiliyinə uyğun olaraq fərdi şəkildə cəzalandırılmalıdır”