Gürcüstanda zəlzələ baş verib

Gürcüstanın cənubunda 3,1 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Sameba kəndindən 7 kilometr aralıda, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.