Gürcüstanın şərqində son bir həftə ərzində üçüncü zəlzələ baş verib.
AzerTimes Report-a istinadla xəbər verir ki, yerli vaxtla saat 12:08-də 4,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Zəlzələ ocağı Dedoplistskaro şəhərindən 9 km aralıda 18 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də məlumat yayıb.
Mərkəzdən bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.