Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilərin ikinci turu keçirilir

Bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilərin ikinci turu keçirilir. Ölkə sakinləri 24 majoritar seçki dairəsi üzrə 20 bələdiyyənin merlərini, eləcə də yerli məclislərə deputat seçəcəklər.

Trend xəbər verir ki, seçkilərin ikinci turu həmçinin Gürcüstanın beş böyük şəhərində – Tbilisi, Batumi, Kutaisi, Poti və Rustavidə keçiriləcək. Əksər hallarda mübarizə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası və müxalif “Vahid Milli Hərəkat” siyasi blokun təmsilçiləri arasında gedəcək.

Gözləntilərə görə, ən sərt mübarizə paytaxt Tbilisi meri seçilmək üçün gedəcək. Bu post uğrunda hakim partiyanın namizədi, hazırkı mer Kaxa Kaladze və müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya mübarizə aparacaq. Birinci turda Kaxa Kaladze rəqibini 45% səslə üstələmişdir, Meliya səmi 34% seçicinin səsini toplaya bilmişdir.

Teqlər: