Gürcüstanın paytaxtı Tiflisdən 90 km uzaqlıqda, Daşbaşı kanyonu üzərində 240 metrlik şüşə körpü açılıb.
AzerTimes xəbər verir ki, turistlər körpü üzərindən kanyonun bir tərəfindən digər tərəfinə keçə bilərlər.
Körpünün orta hissəsində brilliant formasında kafe-bar yaradılıb.
Layihənin maya dəyəri 45 milyon dollardır. Bu, Gürcüstanda eko-turizm sahəsində ən böyük investisiya sayılır.