Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanlardan daha birinin meyiti tapılıb.
AzerTimes xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Azı 25 nəfərin axtarışları isə davam etdirilir.