Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 18-ə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu gün səhər saatlarında aparılan axtarış-xilasetmə əməliyyatı zamanı daha bir meyit tapılıb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Xilasedicilər 7-si uşaq olmaqla, 17 nəfərin axtarışı ilə məşğuldurlar.
Bildirilib ki, tapılan meyitlərdən yalnız 12-nin şəxsiyyəti məlum olub.
Xilasetmə əməliyyatlarında 400 xilasedici və 200 hərbçi iştirak edir.