Gürcüstanda televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)

Mayın 28-də axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisinin
əsas rəmzlərindən biri olan televiziya qülləsi Azərbaycan
bayrağının rəngləri ilə işıqlandırılıb.

AzerTimes xəbər verir
ki, aksiya Azərbaycanın Müstəqillik Günü ilə münasibətilə ölkəmizin
Gürcüstandakı səfirliyi tərəfindən təşkil olunub.

Tele qüllə ilə yanaşı, Tbilisinin mərkəzində Kür çayının
üzərindəki “Sülh körpüsü” də Azərbaycan bayrağının rəngləri ilə
işıqlandırılıb.

Teqlər: