Gürcüstanda təbii fəlakət: Ordu hərəkətə keçdi

Gürcüstanda təbii fəlakət: Ordu hərəkətə keçdi

Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsində itkin düşmüş hesab edilən insanların axtarışlarına və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına ordu qüvvələri də cəlb olunublar.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, bölgədə çox çətin vəziyyət yaranıb. Güclü palçıq kütləsi ciddi problemlər yaradıb. Belə bir vəziyyətdə ordunun köməyindən istifadə etmək vacibdir.

Qeyd edək ki, Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 10-a çatıb.

Teqlər: