Xəbər - Orxan Nəbiyev – Trend:
Gürcüstanın İmereti vilayətində baş vermiş torpaq sürüşməsi ilə
əlaqədar ölkənin şərq və qərb rayonları arasında dəmiryol əlaqəsi
kəsilib.
Trend-in
məlumatına görə, bu barədə “Gürcüstan Dəmir Yolları” şirkətinin
mətbuat xidməti bildirib.
Qeyd olunur ki, sürüşmə İmeretinin Marelisi kəndi yaxınlığında
baş verib. Nəticədə bölgədən keçən dəmir yolunun bir hissəsinə,
eləcə də avtomobil körpüsünə ciddi ziyan dəyib.
Səhər saatlarından etibarən yük və sərnişin qatarlarının
hərəkəti dayandırılıb. Hazırda hadisə yerində xüsusi texnikalar
vasitəsilə təmir işləri aparılır.