Gürcüstanda ötən sutka ərzində 13 573 test keçirilib, koronavirusa 404 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 262 024 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka koronavirusdan 14 nəfər ölüb, 799 nəfər isə sağalıb.
Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 283 nəfər, sağalanların sayı isə 253 614 nəfər təşkil edir.