Ötən həftə ərzində Gürcüstanda 218 məktəb və ayrı-ayrılıqda 415 sinif distant təhsilə keçib.
Trend xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat verib.
Bildirilir ki, son bir həftə ərzində müəllimlərin 0,9%, şagirdlərin isə 0,3%-i koronavirusa yoluxub.
Bununla belə, qurum bildirir ki, bu əvvəlki həftəylə müqayisədə nisbətən aşağı rəqəmdir. Ölkədə müəllimlər və məktəb rəhbərliyi üçün peyvəndləmə prosesi hələ də davam edir. Hazırki mərhələdə 69,6% peyvənd olunub.
“Gürcüstanın Təhsil və Elm Nazirliyi məktəblərdə koronavirusun yayılmasının qarşısını almaq üçün müxtəlif istiqamətlərdə fəal iş aparır. Təhsil müəssisələrində yoluxma faktı aşkarlanan kimi məktəb distant təhsilə keçir”, – deyə məlumatda bildirilir.