Gürcüstanda saxta aksiz markası satan Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstanda saxta aksiz markalarını küllü miqdarda saxtalaşdıraraq satan Ermənistan vətəndaşı saxlanılıb.

Trend “Newsgeorgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Məlumata əsasən, təqsirləndirilən şəxs Tbilisidə spirtli içkilər üçün nəzərdə tutulan 2,7 min dollar məbləğində 3 051 saxta aksiz markası satıb və aksizlərin satılması prosesində saxlanılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin saxta aksiz markalarının istehsalı, satışı və ya istifadəsi maddəsi ilə aparılır. Təqsirləndirilən şəxsi 4 ildən 6 ilədək həbs cəzası gözləyir