Gürcüstanda rus şirkətlərinin sayı artır

Gürcüstanda rus şirkətlərinin sayı artır

2022-ci ilin mart-iyun aylarında Rusiya vətəndaşları Gürcüstanda 6400-ə yaxın firma qeydiyyatdan keçirib.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın Beynəlxalaq Şəffaflıq qeyri-hökumət təşkilatının rəhbəri Eka Giqauri deyib.

Onun sözlərinə görə, bu günə kimi Gürcüstanda 13500-ə yaxın rus şirkəti qeydiyyatdan keçib ki, onun da yarısı Ukraynadakı hadisələr başlayandan sonra peyda olub:

“Bu ilin martından iyun ayına qədər Gurcüstanda 6400 şirkət qeydiyyatdan keçib. Bu da 2021-ci il göstəricilərindən 7 dəfə çoxdur. Bu şirkətlərin 93%-i fərdi sahibkarlara məxsusdur. Bu da onu göstərir ki, Rusiya vətəndaşlarının əksəriyyəti Gürcüstana biznes fəaliyyəti üçün gəlib”.

İyunun əvvəlində Gürcüstan İqtisadiyyat Nazirliyinin Milli Turizm Administrasiyası məlumat vermişdi ki, 2022-ci ilin əvvəlindən Rusiyadan Gürcüstana turist axını ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox artıb.

Teqlər: