Yaxın vaxtlarda Gürcüstanda qapalı ictimai yerlərdə ümumi maska
tələbi ləğv edilə bilər.
Trend xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin
Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəzinin baş
direktoru Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, Gürcüstanda maska tələbinin yalnız müəyyən
qruplar üçün qalması müzakirə edilir. Bu qaydalar bu gün bir çox
ölkələrdə mövcuddur.
“Bir çox ölkədə qapalı yerlərdə maska tələbi yumşaldılıb…
Səhiyyə Nazirliyində və Koordinasiya Şurasında bununla bağlı
müzakirələr davam edir. Düşünürəm ki, müvafiq qərar qəbul
ediləcək”, – deyə A.Qamkrelidze bildirib.