Gürcüstanda pul köçürmələrinin həcmi 11,2 faiz artıb

Gürcüstanda 2021-ci ilin avqust ayında pul köçürmələrinin həcmi bir əvvəlki ilə nisbətən 11,2 faiz artaraq 204,9 milyon, ölkədən xaricə pul köçürmələrinin həcmi isə 18,7 faiz artaraq 27,4 milyon ABŞ dollarına çatıb.

Trend “Georgia Online”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında deyilir.

Avqust ayında Qazaxıstan və Qırğızıstandan pul köçürmələri yüksək nisbətlə fərqlənib. Bu göstərici müvafiq olaraq 176,7 faiz və 132,6 faiz artıb ki, bu da pul köçürmələrinin ümumi həcminin 1,6 və 0,6 faiz dəyişməsinə səbəb olub.


Rusiyadan gələn pul köçürmələri də artmaqda davam edib, Türkiyə və Ukraynadan gələnlər isə azalıb. Hesabat ayında Aİ ölkələrindən gələn pul köçürmələrin ümumi həcmi əsasən İtaliya və Almaniyadan gələn vəsaitlərin hesabına müvafiq olaraq 20,2 faiz və 47,2 faiz artmasından qaynaqlanaraq 13,9 faiz yüksəlmişdir.

Ölkə bölgüsü baxımından əsas pul köçürmə mənbələri Aİ ölkələri (41,4 faiz) və Rusiya (18,4 faiz) olubar”, – Milli Bankın dərc etdiyi hesabatda deyilir.

Teqlər: