Gürcüstanda parlament seçkiləri başlayıb.
AzerTimes xəbər verir ki, səhər saat 8:00-da ölkə ərazisindəki bütün seçki məntəqələri səsvermə üçün açılıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3 min 111 seçki məntəqəsi açılıb. Bunlardan 3 min 44-ü Gürcüstandadır. Qalan 67-si isə 47 xarici ölkənin 53 şəhərində olacaq.
Bu seçkilərdə 3 milyon 508 min 294 seçici səs verə biləcək. Onlardan 3 milyon 113 min 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edəcək.
Bu il 135 min 922-si ilk dəfə səs verəcək. Seçicilərin 95 min 910 nəfəri xarici ölkələrdə səs verəcəklər.
Kalandarişvilinin qeyd etdiyi kimi, daşınan seçki qutularının siyahısında 64 238 seçici var.
Səsvermə saat 20:00-da başa çatacaq.