Gürcüstanda pandemiya dövründə koronavirusdan 117 tibb işçisi ölüb

Bütün pandemiya dövründə Gürcüstanda koronavirusdan 117 tibb işçisi ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildiriblər.

Məlumata əsasən, Gürcüstanda koronavirusdan ölənlərin ümumi sayının 0,3 faizini tibb işçiləri təşkil edir.

Ölən tibb işçilərindən 40,2 faizi kişi, 59,8 faizi isə qadındır.

Qeyd edək ki, Gürcüstanda hazırkı dövrədək koronavirusa 743 511 yoluxma halı qeydə alınıb. Koronavirusa yoluxanlardan 681 919 nəfəri sağalıb, 10 300 nəfəri isə vəfat edib.