Gürcüstanda ötən sutka 1 164 koronavirusa yoluxma halı aşkarlanıb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 164 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 617 753 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 33 nəfər ölüb, 795 nəfər isə sağalıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 9 038 nəfər, sağalanların sayı isə 589 791 nəfər təşkil edir.
Teqlər: