Gürcüstanda “omikron” ştammına yoluxanların sayı açıqlanıb

Gürcüstanda koronavirusun “omikron” ştammına yoluxanların sayı 144 nəfərə çatıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəzindən bildiriblər.


Qeyd edək ki, Gürcüstanda “omikron” ştammına ilk iki yoluxma halı dekabrın 20-də təsdiq edilmişdi. Yoluxan şəxslərdən biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə giriş etmişdi. Daha sonra “omikron” ştammı həmin şəxslərin ünsiyyətdə olduğu digər insanlarda da qeydə alınıb.