Gürcüstanda koronavirus pandemiyasının növbəti dalğası başlayır. Çox güman ki, bu “omikron” ştammından qaynaqlanır.
Trend xəbər verir ki, bunu Gürcüstan Respublika Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin baş direktoru Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, virus ölkədə dekabrın əvvəlində olduğundan daha intensiv şəkildə yayılmağa başlayır. Qamkrelidze ölkə əhalisini bir daha peyvənd etməyi, maska taxmağı və insanların çox olduğu yerlərdən çəkinməyi xahiş edib.
Qeyd edək ki, 2021-ci ilin dekabrında həkimlər Gürcüstanda ilk “omikron” ştammı ilə yoluxma halını müəyyən ediblər. Bu ilin yanvarından Gürcüstanda epidemik vəziyyət pisləşməyə başlayıb. Buna qədər hər gün orta hesabla 2 min yoluxma qeydə alınırdısa, son sutka ərzində respublikada 3436 nəfər koronavirusa yoluxub.