Gürcüstanda növbəti dəfə zəlzələ oldu

Gürcüstanda növbəti dəfə zəlzələ oldu

Bu gün Gürcüstanın Borjomi şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 16:58-də Borjomi şəhərindən 12 kilometr aralıda 3,4 bal gücündə olub. Qeyd olunub ki, bu iyul ayı ərzində Gürcüstanda qeydə alınan 10-cu zəlzələdir. Ay ərzində ən güclü zəlzələ 4,2 bal gücündə olub.

Məlumat üçün qeyd edək ki, Gürcüstan orta seysmik aktiv zonadır. Sonuncu dəfə ən güclü zəlzələ 1991-ci ildə Raça və İmereti bölgələrində 7,0 bal gücündə olub. Bu zəlzələ nəticəsində 200 nəfər ölüb, 46 min ev və sosial obyekt dağılıb.

Teqlər: