Gürcüstanda növbədənkənar seçkilər keçiriləcəkmi?

Gürcüstanda növbədənkənar seçkilər keçiriləcəkmi?

Ölkədə yenidənqurma gedir və iqtisadi irəliləyiş mövcuddur. Belə bir halda növbədənkənar seçkilərdən söz açmaq absurd və axmaqlıqdır.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstanın Tiflis şəhərinin meri Kaxa Kaladze Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın açıqlamasına münasibət bildirərkən deyib.

Kaladzenin sözlərinə görə, siyasi böhran ölkədə deyil, “Milli Hərəkat”ın daxilindədir:

“Siyasi gərginlik yaşayan müxalifətdir, konkret olaraq isə Milli Hərəkat Partiyasıdır. Ölkədə yenidənqurma, inkişaf və iqtisadi tərəqqi mövcuddur. Növbədənkənar seçkilərə gəlincə, bu, çox böyük absurd və axmaqlıqdır. Ölkə konstitusiyasında nəzərdə tutulduğu kimi seçkilər 2024-cü ildə keçiriləcək”,- deyə Kaladze bildirib.

Qeyd edək ki, “Vahid Milli Hərəkat”ın sədri Nika Meliya bu gün keçirdiyi brifinqdə bildirib ki, ölkədəki siyasi böhranı aradan qaldırmaq üçün növbədənkənar seçkilər keçirilməlidir.

Teqlər: