Gürcüstanda orta əsrlərə aid Şiomqvime monastırının yerləşdiyi ərazidə torpaq sürüşməsi olub.
AzerTimes xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, palçıq və qaya kütləsi demək olar ki, bütün monastırı örtüb, hazırda hadisə yerində xilasetmə işləri aparılır.
Qeyd edək ki, Şiomqvime monastırı Tiflisdən 30 kilometr aralıda, Mtsxeta kəndi yaxınlığında yerləşir.