Gürcüstanda koronavirusdan daha 19 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində 12 700 test keçirilib, koronavirusa 479 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 258 111 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 19 nəfər ölüb, 491 nəfər isə sağalıb. Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 178 nəfər, sağalanların sayı isə 249 028 nəfər təşkil edir.