Gürcüstanda koronavirusa daha 9 696 nəfər yoluxub, 28 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 9 696 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 051 445 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 28 nəfər ölüb, 5 408 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 14 701 nəfər, sağalanların sayı isə 962 035 nəfər təşkil edir.