Gürcüstanda ötən sutka ərzində koronavirusa 833 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 346 983 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 19 nəfər ölüb, 1 205 nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 853 nəfər, sağalanların sayı isə 330 721 nəfər təşkil edir.