Gürcüstanda koronavirusa daha 707 nəfər yoluxub, 8 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində 7 945 test keçirilib, koronavirusa 707 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 288 396 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 8 nəfər ölüb, 592 nəfər isə sağalıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 877 nəfər, sağalanların sayı isə 277 303 nəfər təşkil edir.